J RETAIL- Satış Sektorları üçün ən effektiv proqram

J RETAIL- Satış Sektorları üçün ən effektiv proqram
Yan19

Şirkətimiz tərəfindən istehsal olunan JRetail məhsulu- veb əsaslı iş axını proqramı ilə müştərilərimizin daha sürətli və daha səmərəli işləməsini təmin edir. Ən müasir kodlaşdırma dilləri ilə təklif etdiyimiz modullar, təhlükəsiz infrastrukturlarında yarana biləcək problemlərin qarşısını alır. Ölçmə və analizlər müəyyən olunmuş müddətlərdə elektron poçt vasitəsi ilə müvafiq şəxslərə göndərilə bilər. Planlaşdırma iclaslarından əvvəl bütün məlumatların olması çox vaxta qənaət edir. Proqramın iş modelinə hər iş axınına uyğunlaşdırıla bilən xüsusi xatırlatmalar əlavə etmək də işin vaxtında başa çatdırılmasına imkan verir.

Satış qrupunun fəaliyyətinin izlənməsi ən vacib və tələbkar məqamlardan biridir. Satış motivasiya işidir. Komandanızın motivasiyasını izləmək olduqca çətin ola bilər. Sistem vasitəsilə yeni müştəri sayına və mövcud müştərilərlə görüşlərin xülasəsinə daxil ola bilərsiniz. Aşağı performanslı komanda üzvlərini müəyyənləşdirə və performanslarını artırmaq üçün motivasiya proqramlarına daxil edə bilərsiniz.

JRetail məhsulumuzda  Mağaza idarəetmə proqramı ilə işinizi tam olaraq izləyə və hər an invertarlarınızı və satışlarınızı dəqiq şəkildə idarə edə bilərsiniz. Mağazanızda müəyyən bir kvota düşən məhsulları sürətli bir şəkildə təmin etmənizə imkan verən prossesləri ilə məhsullarınız tükənmədən əvvəl məlumat verilir. Mağazanızdakı məhsul miqdarına və bütün məhsullarınızın ümumi xərclərinə baxaraq məhsul qiymətləriniz üçün ən doğru metodu tətbiq etməkdə rahatlıq yaradır. Satış və alış-veriş edildikdə avtomatik olaraq yenilənən stok səviyyələri ilə stok izləməsini sadələşdirir. JRetail ilə bir çox anbarda və çoxlu valyutada inventarlar idarə edilə bilir. İnventarlaşdırma idarəetmə sistemi lazımi vaxtda lazımi miqdarda stok əldə etmənizi təmin edir. Avtomatik tələb proqnozu, inventar optimallaşdırması və təkrar  sifarişlərinizi müəyyənləşdirərək əməliyyatları asanlaşdırır.

Məsulumuzda mərkəzi ERP proqram vasitəsi ilə qiymət dəyişikliklərini aparmaq mümkündür. Qiymət dəyişiklikləri əvvəlcədən təyin olunaraq istənilən tarix və ya tarix aralığı üçün təyin edilə bilir. Qiymət dəyişimlərini müxtəlif üsullarla etmək mümkündür.  Məsələn: hər iş yerinə fərqli qiymət təyin etmək.

JRetail ERP məhsulumuz Pərakəndəçinin rəqabət şəraitində yeni texnologiyaların verdiyi üstünlüklərdən istifadə edərək çevikliyini artıran və ani və sürətli qərar qəbul etməyə imkan verən interaktiv satış sistemidir. JRetail məhsulumuz bir çox funksiya və modulun dəstəyi ilə işinizin iş yükünü asanlaşdıraraq, Faktura, Kassa, Stok və cari, kar z. analizi kimi bir çox detallı əməliyyat prosesini ən dəqiq və sürətli şəkildə idarə edir və işinizin bütün qeydlərini təhlükəsiz şəkildə bazasında saxlayır.

 

J-Retail Satış proqramının Sizə Verəcəyi Həllər:

  • Məhsul (Çeşitləmə,stoklama,idarəetmə və s.)
  • Satınalma
  • Satış
  • Maliyyə
  • Pərakəndə
  • Sifariş və Sevkiyat
  • Müştəri Əlaqələri (CRM)
  • E-Dövlət (Vergi İnteqrasiyası)
  • Mobil İdarəetməsi
  • Françayzinq
  • ERP
  • Hesabatlar