Məhsullar

Bloq

J RETAIL- The most effective software for Sales Sectors

J RETAIL- Satış Sektorları üçün ən effektiv proqram

Şirkətimiz tərəfindən istehsal olunan JRetail məhsulu- veb əsaslı iş axını proqramı ilə müştərilərimizin daha sürətli və daha səmərəli işləməsini təmin edir. Ən müasir kodlaşdırma dilləri ilə təklif etdiyimiz modullar, təhlükəsiz infrastrukturlarında yarana biləcək problemlərin qarşısını alır. Ölçmə və analizlər müəyyən olunmuş müddətlərdə elektron poçt vasitəsi ilə müvafiq şəxslərə göndərilə bilər. Planlaşdırma iclaslarından əvvəl bütün məlumatların olması çox vaxta qənaət edir. Proqramın iş modelinə hər iş axınına uyğunlaşdırıla bilən xüsusi xatırlatmalar əlavə etmək də işin vaxtında başa çatdırılmasına imkan verir. Satış qrupunun fəaliyyətinin izlənməsi ən vacib və tələbkar məqamlardan biridir. Satış motivasiya işidir. Komandanızın motivasiyasını izləmək olduqca çətin ola bilər. Sistem vasitəsilə yeni müştəri sayına və mövcud müştərilərlə görüşlərin xülasəsinə daxil ola bilərsiniz. Aşağı performanslı komanda üzvlərini müəyyənləşdirə və performanslarını artırmaq üçün motivasiya proqramlarına daxil edə bilərsiniz. JRetail məhsulumuzda Mağaza idarəetmə proqramı ilə işinizi tam olaraq izləyə və hər an invertarlarınızı və satışlarınızı dəqiq şəkildə idarə edə bilərsiniz. Mağazanızda müəyyən bir kvota düşən məhsulları sürətli bir şəkildə təmin etmənizə imkan verən prossesləri ilə məhsullarınız tükənmədən əvvəl məlumat verilir. Mağazanızdakı məhsul miqdarına və bütün məhsullarınızın ümumi xərclərinə baxaraq məhsul qiymətləriniz üçün ən doğru metodu tətbiq etməkdə rahatlıq yaradır. Satış və alış-veriş edildikdə avtomatik olaraq yenilənən stok səviyyələri ilə stok izləməsini sadələşdirir. JRetail ilə bir çox anbarda və çoxlu valyutada inventarlar idarə edilə bilir. İnventarlaşdırma idarəetmə sistemi lazımi vaxtda lazımi miqdarda stok əldə etmənizi təmin edir. Avtomatik tələb proqnozu, inventar optimallaşdırması və təkrar sifarişlərinizi müəyyənləşdirərək əməliyyatları asanlaşdırır. Məsulumuzda mərkəzi ERP proqram vasitəsi ilə qiymət dəyişikliklərini aparmaq mümkündür. Qiymət dəyişiklikləri əvvəlcədən təyin olunaraq istənilən tarix və ya tarix aralığı üçün təyin edilə bilir. Qiymət dəyişimlərini müxtəlif üsullarla etmək mümkündür. Məsələn: hər iş yerinə fərqli qiymət təyin etmək. JRetail ERP məhsulumuz Pərakəndəçinin rəqabət şəraitində yeni texnologiyaların verdiyi üstünlüklərdən istifadə edərək çevikliyini artıran və ani və sürətli qərar qəbul etməyə imkan verən interaktiv satış sistemidir. JRetail məhsulumuz bir çox funksiya və modulun dəstəyi ilə işinizin iş yükünü asanlaşdıraraq, Faktura, Kassa, Stok və cari, kar z. analizi kimi bir çox detallı əməliyyat prosesini ən dəqiq və sürətli şəkildə idarə edir və işinizin bütün qeydlərini təhlükəsiz şəkildə bazasında saxlayır. J-Retail Satış proqramının Sizə Verəcəyi Həllər: Məhsul (Çeşitləmə,stoklama,idarəetmə və s.) Satınalma Satış Maliyyə Pərakəndə Sifariş və Sevkiyat Müştəri Əlaqələri (CRM) E-Dövlət (Vergi İnteqrasiyası) Mobil İdarəetməsi Françayzinq ERP Hesabatlar
Daha ətraflı
4 Types Available in Cloud Technology.

Bulud Texnologiyasında Mövcud Olan 4 Tip.

Bulud Texnologiyasının müxtəlif modelləri, tipləri və.s var. Müəyyən strukturlar quran zaman bunlardan istifadə edirik. Bulud Texnologiyasının 4 tipi var, bunlar aşağıdakılardır: Public Cloud: Public Cloud`da öz strukturumuzu tamamilə bulupublic cloud,da qururuq. Yəni bu o deməkdir ki, strukturumuzu üçüncü şirkət üzərində kirayə edəcəyimiz mənbələrdə üzərində qururuq. Buna nümunə olaraq istifadə etdiyimiz elektron poçtları göstərə bilərik. Bu elektron poçtlara heç bir pul ödəmədən bunların müxtəlif funksiyalarından istifadə edirik. Bu tipi kiçik və orta həcmli şirkətlərdə istifadə edə bilərik. Public Cloud`da əsasən nə qədər istifadə edirsənsə, o qədər də ödəyirsən. Private Cloud: Private Cloud daha böyük şirkətlər və məlumatları daha önəmli olan şirkətlərin üstünlük verdiyi bir tipdir. Buna nümunə olaraq Microsoft şirkətinin təqdim etdiyi Hyper-V və System Center məhsullarını göstərmək olar. Private Cloud bizim şəxsi qurduğumuz struktur olduğuna görə bütün məlumatlar bizim əlimizin altındadır. Hybrid Cloud: Hybrid Cloud Public və Private Cloud`un birləşməsindən ortaya çıxan strukturdur. Harada ki, təhlükəsizlik və gizlilik daha önəmlidir bu zaman Private Cloud istifadə olunur, ancaq yuxarıda sadaladıqlarım önəmli olmayan hallar üçün isə Public Cloud istifadə olunur.Bunların birləşməsi də şirkətlərin həcminə görə dəyişir. Community Cloud: Bu tipdən qısa olaraq bəhs edəcəm.İlk öncə onu demək istəyirəm ki, bi o qədər istifadə olunan tip deyil.Qısa olaraq bunu açıqlasaq, bu zaman belə izahat verə bilərik: Bulud üzərində aldığımız hər hansı bir xidməti əgər bir neçə şirkət ilə ortaq istifadə ediriksə, buna Community Cloud deyilir. Müəyyən qədər bu tiplər haqqında yazdıqdan sonra bunları bir şəkil üzərində cəmləşdirək və müəyyən qədər təsəvvür edə bilək.
Daha ətraflı
Kalem Yazılım: Update on the POS Checkout and Sales system.

Kalem Yazılım:POS Kassa və Satış sistemində yenilənmə.

Müasir dövrümüzdə informasiya texnologiyaları hər bir biznes sahəsinə öz təsirini göstərməkdə davam edir.Beləliklə, iş adamlarının biznesi idarəetməsi daha da sadə və rahat olmaqla yanaşı, hesabatların aparılması isə daha da təkmilləşdirilib. İlk vaxtlar satış və kassa sistemini avtomatlaşdırmaq yalnız orta və böyük mağazaların nəzərində idisə, indi bu prosesi kiçik mağazalar da inteqrasiya etmək istəyir. Səbəb – rəqabətin artmasıdır və müştərilərə daha keyfiyyətli xidmətin göstərilməsidir. Kalem Yazılımda avtomatlaşdərəlma prossesi necə başlayır Hər prosses bir zənglə başlayır. Kalem Yazılım hər bir sahə üzrə proqramı sıfırdan yığdığı üçün müştərinin bütün istək və tələbləri nəzərə alınaraq individual şəkildə tərtib edir. Aşağıdakı prosses baş verir; 1.Zəng edilir 2.Biznesiniz haqqında məlumatlar alındıqdan sonra görüş təyin edilir. 3.Görüş zamanı müştərinin bütün istək və tələbləri qeydə alınır 4. Əldə edilən tələb və istəyə əsasən qiymət paketi və eyni zamanda proqramın demo versiyası hazırlanır. 5.Növbəti görüş təyin olunur və bu görüşdə həm qiymətlər, həm də proqramın ilkin versiyası müzakirə olunur. 6.Qərar qəbul edilir,prosses başlanır. Kalem Yazılım hər bir cəhətdən müştərilərin rahatlığını düşünərək öz xidmətlərini ən yüksək səviyyədə təklif edir. İlkin olaraq onu qeyd edim ki, təklif etdiyimiz proqram çox rahat idarə oluna biləcək bir interfeysə malikdir. Eyni zamanda 3 klikli bir əməliyyatı başlatma imkanı var. İkinci üstün cəhətimiz olaraq, biz müştərilərimizə proqram təminatından əlavə, həm də avadanlıq da təqdim edirik. Artıq müştərilərimiz avadanlığı haradan alıb onu bu sistemə necə inteqrasiya edəcəyi barədə düşünməyəcəklər. Üçüncü vacib məqam – bütün sistem tam etibarlı şəkildə qurulur. Burada məsələ təkcə bu həllin etibarlı serverdə yerləşdirilməsindən deyil, sistem tam yerli şirkət tərəfindən qurulduğu üçün, dəstək xidmətinin də vaxtında və etibarlı şəkildə reallaşdıırılmasından gedir. Bəs proqram özündə hansı xüsusiyyətləri cəmləşdirir Satış Satışdan geri(İadə) Oflayn/onlayn satış Açıq hesab Ödəniş növləri 1.Kartla ödəmə 2.Bonusla ödəmə 3.Nağd ödəmə CRM Vergi inteqrasiyası Satış promosyonları Endirimlər
Daha ətraflı
product image
Çeşid məhsul
handshake
Məmnun müştəri
deal
Partnyor
customer service
Xidmət